On altı dahi alimin adı vizual simvolla onun əsas ideyasına işarə edir və adını onun əsas elmi ideyasına vizual kod kimi bağlayır. Simvolik və intellektual baxımdan necə də dəqiq dizayndır…
1.Pifaqor
Qırmızı üçbucaq Pifaqor teoremini – düzbucaqlı üçbucağın tərəfləri arasındakı münasibəti simvollaşdırır.
2.Arximed
“A” hərfinə vurğu Arximedin “Area” (sahə) hesablamalarına və həmçinin Arximed prinsipinə işarədir.
3.Nikolaus Kopernik
Adı Günəş mərkəzli dairənin içində verməklə Kopernikin Heliosentrik modeli – Günəşin mərkəzdə olduğu sistemə vurğu yapılır.
4.İsaak Nyuton
Hərflər arasında boşluq və alma təsviri. Bu, cazibə qanununa və məşhur alma əfsanəsinə işarədir.
5.Çarlz Darvin
Adın altından təkamül xətti kimi bir xətt çəkilib, hərflərdə dəyişiklik vurğulanır. Bu, növlərin dəyişməsi və təbii seçməni simvolizə edir.
5.Albert Eynşteyn
(mc²) Eynşteynin məşhur E=mc² kütlə–enerji ekvivalentliyinə istinaddır.
6.Demokrit
Qədim yunan əlifbası ilə yazılıb və atom təsvirləri əlavə olunub. Bu, atom nəzəriyyəsinə işarədir.
7.Evklid
Bucaq və paralel xətlər təsviri Evklid həndəsəsini göstərir.
8.Qotfrid Vilhelm Leybnits
İnteqral işarəsi (∫) və e, i, π simvolları diferensial və inteqral hesabına işarədir.
9. Kurt Gödel
Şəkildə “Göde…” yazılıb soyadı natamam yazılaraq, Gödelin məşhur natamamlıq teoreminə işarədir.
10.Maykl Faradey
Elektromaqnetizm və induksiya kəşflərinə işarədir.
10.Nils Bor
“O” hərfi atom orbitinə bənzər quruluşdadır. Bu, Bor atom modelini göstərir.
11.Volfqanq Pauli
Adın altında 1s² yazılıb. Bu, elektron konfiqurasiyası və Pauli qadağa prinsipinə işarədir.
12.Verner Heyzenberq
Adın sonundakı sual işarəsi qeyri-müəyyənliyi göstərir. Bu, Heisenbergin qeyri-müəyyənlik prinsipinə istinaddır.
13.Riçard Feynman
Adın ortasında diaqram xətti var. Bu, Feynman diaqramlarını simvolizə edir.
14.Norman Borlouq
Adın içindəki buğda sünbülü “Yaşıl inqilab” və kənd təsərrüfatı genetikası ilə bağlıdır.
15.Ceyms Uotson və Frensis Krek
Adlar birlikdə verilib. Bu, DNT-nin ikiqat spiral quruluşunun kəşfinə işarədir.
16.Ceyn Qudoll
Meymun silueti şimpanzelər üzərində apardığı tədqiqatları göstərir.
İbrahim Nəbioğlu
visiontv.az