İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini Seyyid Yəhya Hamidi İsrailin hava zərbələri nəticəsində həlak olub.
Bu barədə İsrail ordusu bu gün 2 yaydığı bəyanatda bildirib.
“Dəqiq kəşfiyyat məlumatlarına əsaslanan İsrail ordusu İranın terrorçu rejiminin əsas kəşfiyyat orqanı olan Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli şəxslərini məhv etdi. Kəşfiyyat nazirinin müavini Seyyid Yəhya Hamidi də bu səhər məhv edildi”,- bəyanatda əlavə edilib.
Qeyd edək ki, "Yəhya Hüseyni Pencəki" adı ilə tanınan kəşfiyyat zabiti, nazirliyin "İsrail masası"nın rəhbəri olub.
visiontv.az