ABŞ-ın Gürcüstandakı səfirliyi “Gürcü Arzusu”nu Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması və ABŞ ilə strateji tərəfdaşlığın itirilməsinə görə başqasını günahlandırmamağa çağırıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin "Facebook" paylaşımında qeyd edilib.
"“Gürcü arzusu” Avropa İttifaqına üzvlük prosesini dayandırdı, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığını itirdi. Başqalarını günahlandırmayın hər şey aydındır.”, - paylaşımda qeyd edilib.