İranlı siyasi təhlilçi Rəhman Qəhrəmanpur özünün "X" hesabında bu haqda yazıb. Qeyd olunur ki, məlumat "Əl-Cəzirə" və digər mənbələrə istinadən verilib.
Təklifin ABŞ prezidenti Donald Trampın razılığı ilə Pakistan ordusunun Baş qərargah rəisi Asim Munir tərəfindən İrana təqdim edildiyi qeyd olunur.
Təklif İranda zənginləşdirilmiş 60%-lik uranın üçüncü ölkəyə (məsələn, Rusiya və ya Pakistana) köçürülməsini nəzərdə tutur.
Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin bu razılaşmanın qarantı olduğu və hər hansı pozuntu baş verərsə, uranın İrana geri qaytarılmasını təmin edəcəkləri bildirilir.
visiontv.az