Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib
29.10.2026

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Bu barədə  Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb.

Bildirilib ki, avadanlıqlar  Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq humanitar yardım çərçivəsində göndərilib.

Yardım çərçivəsində Ukraynaya 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular təqdim olunub.

Avadanlıqlar  Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

visiontv.az