Yobaz cübbəli mollaların yalan, iftira və ikiüzlülüyü
29.10.2026

Bu şərəfsiz, yobaz mollaları gördünüzmü?

Dünənə kimi deyirdilər ki, hicab Allahın əmridir. Gördülər ki, dedikləri yalanın üstü açılır, indi də deyirlər ki, filankəslərdən əmanətdir.

Sonra gördülər ki, bu iddia da işə yaramır, başladılar deməyə ki, hicab qadının iffəti və izzətidir.

Bunun mənası nədir?

Deməli, onların məntiqinə görə, başını örtməyən bütün qadınlar iffətdən və əxlaqdan məhrum namusunu küçüyə çıxaranlardı!

Bu alçaqlar qadınları öz çirkin ideoloji düşüncələrinə uyğunlaşdırmaq üçün bu qədər ağır ittiham və təhqirə əl atırlar.

Bu şərəfsiz mollalar öz dediklərini qəbul etdirmək naminə yalan danışmaqdan, iftira atmaqdan, insanları təhqir etməkdən, hətta Allaha aid etdikləri yalanlardan belə çəkinmirlər.

Bu şərəfsiz şeytani yaratıqlar nə dini qoruyurlar, nə də qadının iffətini və izzətini düşünürlər.

Onların məqsədi insanları qorxu, günahlandırma və mənəvi təzyiq altında saxlamaqdır.

Bu alçaqların toplum içində şər, nifaq və düşmənçilik yaymaqdan başqa bir işləri yoxdur.

Dini yalanlarına pərdə, qadının örtüyünü isə ideoloji hakimiyyət alətinə çevirən bu pis zehniyyətin mahiyyəti budur: şər, nifaq, əxlaqsızlıq və riyakarlıq!

Sadiq İsabəyli

visiontv.az