Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
29.10.2026

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard fevralda vəzifəsindən ayrılacaq.

Bu barədə  AMB-nin bəyanatında bildirilib.

“Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu gün  AMB-nin İdarəetmə Şurasını və  Avropa Şurasının prezidenti Antonio Koştanı 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacağı barədə məlumatlandırıb”, – bəyanatda qeyd olunub.

Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatmalı idi. Onun vaxtından əvvəl ayrılması  Avropa İttifaqı liderlərinə yeni prezidentin seçilməsi üçün əlavə vaxt verəcək.

Kristin Laqard 2019-cu ilin noyabrından  Avropa Mərkəzi Bankına rəhbərlik edir. Bundan əvvəl o, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

visiontv.az