Tansu Çillər 24 may 1946-cı ildə İstanbulda anadan olub. Atası jurnalist və keçmiş vali Hüseyn Necati, anası isə Muazzez Çillərdir. O, ata tərəfdən Muğla Milaslı , ana tərəfdən isə Salonikilidir .
Tansu Çillər orta təhsilini Arnavutköy Amerikan Qızlar Kollecində bitirib. Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb.
ABŞ-ın Nyu-Hempşir Universitetində magistr təhsili alıb. Tansu Çillər bakalavr və magistratura təhsilindən sonra Konnektikut Universitetində doktorant olub
ABŞ-ın Nyu-Hempşir Universitetində magistr təhsili alıb. Tansu Çillər bakalavr və magistratura təhsilindən sonra Konnektikut Universitetində doktorant olub.
Yale Universitetində o, post-doktorluq dərəcəsi alıb və professor olub.Tansu Çillərin iqtisadiyyat sahəsində yazdığı 9 kitabı var.
Bir müddət Boğaziçi Universitetində müəllim işləyib. O, TÜSİAD və Ana Vətən Partiyasının iqtisadi siyasətlərinə dair tənqidi hesabatları ilə adından söz etdirib.1990-cı ildə “Doğru Yol” Partiyası ilə siyasətə qədəm qoyub.
Doğru Yol Partiyasının İdarə heyyətində işə başlayıb, sədrin iqtisadiyyat üzrə müavini olub.
1991-ci ildə İstanbuldan millət vəkili olaraq parlamentə daxil olub . DYP və SHP koalisiya hökumətində iqtisadiyyatdan məsul dövlət naziri oldu. Süleyman Dəmirəl prezident olduqdan sonra DYP-nin lideri olaraq vəzifəyə başladı.
1993-cü ildə Türkiyənin ilk qadın baş naziri olub. O, 1996-cı ilə qədər baş nazir vəzifəsində çalışıb. 1996-1997-ci illərdə baş nazirin müavini və xarici işlər naziri vəzifələrində çalışıb. 2002-ci ilə qədər DYP lideri kimi partiyada olub.
Bünyamin Bünyadzadə
Visiontv.az