Zərif: "Qlobal danışıqlarda sən ya masa arxasında oturursan, ya da sadəcə baxırsan"
12.08.2025

Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirdiyi görüş və Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmalar fonunda İranın sabiq xarici işlər naziri və prezidentin keçmiş müavini Məhəmməd Cavad Zərifin daha öncəki çıxışı sosial şəbəkələrdə yenidən yayılıb.

Zərif bu çıxışında İran prezidentinin Bakıda keçirilən COP29 konfransında mütləq iştirak etməli olduğunu vurğulayaraq, Tehranın regional və beynəlxalq proseslərdən kənarda qalmasının ciddi nəticələrə səbəb ola biləcəyini bildirib: "Qlobal danışıqlarda sən ya masa arxasında oturursan, ya da sadəcə baxırsan. Ya öz maraqlarını özün müdafiə edirsən, ya da başqaları sənin əvəzinə qərar verir. Əgər İran bu proseslərdə yoxdursa, heç bir nəticə əldə edə bilməz. Bu razılaşma artıq baş tutub, nə qədər desək də ki, qanunsuz idi, fakt odur ki, artıq reallaşıb”.

Onun daha öncə səsləndirdiyi bu sözlər, İranın Azərbaycan və Ermənistan arasında gedən diplomatik danışıqlarda iştirak etməməsi fonunda daha çox diqqət çəkib.

visiontv.az