Yazıçı, şair və sənət adamlarına qarşı repressiyalar davam edir və ən azı 20 qələm əhli həbsdədir.
Bu İran Yazıçılar Birliyinin bəyanatında deyilir.
"Yanvar etirazları və ABŞ-İsrail ilə İran arasında müharibədən sonra ölkədə qorxu və senzura atmosferi yaranmış, casusluq, İsrail və düşmən ölkələrlə əməkdaşlıq üçün cəzanın artırılması da daxil olmaqla yeni qanunların qəbul edilməsi repressiyaların şiddətini artırıbdır",- bəyanatda qeyd olunub.
Bildirilib ki, həbsdə olan yazıçılar ağır cəzalar, uzunmüddətli həbslər və təhlükəsizlik ittihamları ilə üzləşir və bir sıra saxlanılanlar haqqında məlumata çıxış çətinləşib.
Yazıçılar Birliyi həmçinin Gilandan olan mahnı müəllifi Peyman Fərəhavərin edam edilmə riski barədə xəbərdarlıq edib.
visiontv.az
Azərbaycan və Əfqanıstanın beyin mərkəzləri regional nəqliyyat dəhlizlərini müzakirə edib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb