Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İranda insan hüquqlarının pozulmasını pisləyərək bu halları “qəbuledilməz” adlandırıb.
“Əlbəttə, bizim bu halların qarşısını almaq üçün müvafiq vasitələrimiz yoxdur”, – deyə Quterreş ASEAN-ın 49-cu sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
BMT Baş katibi İran Prezidenti Məsud Pezeşkianla görüşündə İranda ölüm hökmünün tətbiqi məsələsini də qaldırdığını qeyd edib.
“Biz İranda və dünyanın hər yerində insan hüquqlarına hörmət olunması üçün qətiyyətlə çağırışlarımızı davam etdirəcəyik”, – deyə o əlavə edib.
visiontv.az
Azərbaycan və Əfqanıstanın beyin mərkəzləri regional nəqliyyat dəhlizlərini müzakirə edib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb