Kəlbəcər rayonunun aqrar potensialının səmərəli istifadəsi regionun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
Xüsusi nümayəndə qeyd edib ki, kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər aqrar sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bölgədə yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.
Onun sözlərinə görə, mövcud Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr investisiya mühitinin yaxşılaşdırılmasına, sahibkarlığın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına təkan verəcək.
Bəşir Hacıyev vurğulayıb ki, Kəlbəcərin zəngin təbii resursları və əlverişli ekoloji şəraiti bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır və gələcək mərhələdə bu potensialın daha səmərəli reallaşdırılması nəzərdə tutulur.
visiontv.az