İran və Ermənistan media əlaqələrini möhkəmləndirir
16.10.2026

İranın “Mehr” xəbər agentliyinin nümayəndə heyəti Ermənistana səfəri çərçivəsində “Armenpress” agentliyinin rəhbərliyi ilə görüşüb. Görüşdə media sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə məzmun istehsalı və hər iki ölkənin imkanlarının beynəlxalq auditoriyaya çatdırılması məsələləri müzakirə olunub. Səfər “Armenpress”in dəvəti əsasında təşkil edilib.

“Armenpress”in direktoru Narine Nazaryan iki agentlik arasında 2024-cü ildə imzalanmış Snlaşma Memorandumunu xatırladaraq, media əlaqələrinin xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində rolunu vurğulayıb.

“Mehr” Media Qrupunun baş direktoru Məhəmməd Mehdi Rəhməti isə Ermənistanın potensialı və inkişaf dinamikası barədə məlumatların İran auditoriyasına çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin kino, qısametrajlı və sənədli filmlər sahəsində birgə layihələrin həyata keçirilməsini təklif edib.

visiontv.az