İranın liderinin müşaviri cümə axşamı Amerika prezidenti Donald Trampın hərbi güclə bağlı yenidən xəbərdarlıq etməsindən sonra xarici təhdidlər davam edərsə, İran BMT-nin nüvə nəzarəti orqanı ilə əməkdaşlığı dayandıra biləcəyini deyib.
İran və amerikalı diplomatlar Tehranın nüvə proqramı ilə bağlı dialoqa başlamaq üçün şənbə günü Omana səfər edəcəklər. Tramp danışıqların uğursuzluğa düçar olub-olmaması ilə bağlı son sözü özünün deyəcəyini bildirib.
Məsələ ilə bağlı Əli Xameneinin müşaviri Əli Şamxani X sosial mediasında paylaşım edib.
“Xarici təhdidlərin davam etməsi və İranın hərbi hücumla təhdid edilməsi Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin ölkədən qovulması və agentlik iləəməkdaşlığın dayandırılmasına gətirib çıxara bilər.” deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Amerika İranla birbaşa danışıqlar aparmaqda israr etsə də İran tərəfi danışıqların Omanın vasitəçiliyi ilə baş tutacağını bildirir.
visiontv.az