Böyük, daha dəqiqi yırtıcı güclərin qarşı çıxmalarına rəğmən Müzəffər Ali Baş Komandanımızın liderliyi altında torpaqlarını işğaldan qurtarıb, tarixin əleyhimizə işləyən 300 illik gərdişinin üstündən xətt çəkməyi bacaran xalqım, əminəm ki, 7 fevralda fövqəladə mütəşəkkilliyinlə dünyanı yenə də heyrətləndirəcən!
Şəhid oğlunun, ərinin, qardaşının nəşini kişilərlə yan-yana çiynində daşımaqla zərifliyinin arxasında necə bir dəyanətin və mərdanəliyin dayandığını göz önünə sərən Azərbaycan Qadını, yurdumuzun bir çox yerində son 30 ildə ilk dəfə keçiriləcək və o nəşini çiynində daşıdığının ruhunu şad edəcək səsvermə paradında öndə Sən də olmayıb kim olacaq?!
Ey “Dəmir Yumruğun” gücünü düşmənə daddıran gənclər! Bu seçkini Xankəndində, Ağdərədə, Xocavənddə, üzərində suverenliyimizin tam təmin olunduğu digər yaşayış məskənlərimizdə Sənin keçirdiyinin və onun Sənin üçün keçirildiyinin fərqindəsənmi? Bilirsən ki, 7 fevraldakı seçkinin ardınca böyük dəyişikliklərin gözlənildiyi ən yüksək səviyyədə artıq açıqlanıb. O dəyişikliklərə tam hazır olduğumuzu Sən də göstərməyib kim göstərəcək?
İkinci Qarabağ savaşında bir nəfəri belə cəbhəyə getməkdən yayınmayan Azərbaycan gənclərinin arasında belə demək mümkünsə, seçki “fərari”ləri də ola bilməz, ümid edirəm ki, olmayacaq da!
Fevralın 7-də seçki məntəqəsinə gedərək qələbəmizi həzm etməyən yırtıcılara təkcə Liderimizə deyil, bu xalqa da diqtənin mümkünsüzlüyünü göstərməyə qərarlı hər bir Azərbaycan vətəndaşını bağrıma basıram!
Millət vəkili Sahib Alıyev
Visiontv.az