İsrailin baş naziri Netanyahu bir sıra sərt və iddialı açıqlamalar verib:
“Biz sübut etdik ki, bizim hava hücumundan müdafiə sistemlərimiz dünyada ən yaxşısıdır”.
“Bir çox ölkə bizdən yardım istəyir, çünki müdafiə və hücum sahəsində bir nömrə olduğumuzu bilirlər”.
“Biz İsraili regionda və qlobal miqyasda superdövlətə çevirmək üzərində çalışırıq”.
“İranın bizi məhv etmək üçün xərclədiyi trilyon dollar boşa gedib”.
“Biz ümumi İran təhdidinə qarşı regionun mühüm ölkələri ilə yeni ittifaqlar qururuq”.
“Ümid edirəm ki, yaxın zamanda, İsrail vətəndaşları, sizə bu mühüm ittifaqlar barədə daha çox məlumat verə biləcəyəm”.
İranla bağlı isə Netanyahu belə deyib: “Bu rejim gec-tez süqut edəcək”.
visiontv.az