SEPAH: İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb
03.04.2026

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib.

Bu barədə  SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib.

"ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu "Black Hawk" və "Hercules-130" helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib", - məlumatda qeyd olunub.

Daha əvvəl  SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki  ABŞ qırıcısını vurub.

visiontv.az