İranda müharibənin davam etdiyi bir vaxtda Urmu gölündə suyun səviyyəsinin artdığı bildirilir.
“Fars News” agentliyi müharibənin 33-cü günündə yaydığı görüntülərdə son yaz yağışlarından sonra Urmu gölünün yenidən su ilə dolduğunu göstərib. Kadrlarda göldə su həcminin xeyli yüksəldiyi və hətta motorlu qayığın hərəkət edə bildiyi görünür.
Uzun illər quruma təhlükəsi ilə üzləşən Urmu gölündəki bu dəyişiklik sosial mediada da geniş müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər yayılan görüntülərə münasibət bildirərək, “ABŞ və İsrailin Tehrana hava hücumlarından sonra Urmu gölü də yenidən canlandı” kimi şərhlər yazıblar.
visiontv.az