Xalq artisti Məlik Dadaşovun vəfatından 28 il ötür
02.12.2024

Bu gün Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun anım günüdür. Onun vəfatından 28 il ötür.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub.

O, 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə "Ailə namusu" pyesində oynayıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. Məlik Dadaşov Azərbaycan kinosunda yaddaşlardan silinməyəcək obrazlar yaradıb.

M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, 35-ə yaxın bədii filmdə çəkilib.

"Axırıncı aşırım"da Qəmlo, "Dəli Kür"də Molla Sadıq, "O dünyadan salam"da Şeyx Nəsrullah, "Birisi gün gecə yarısı"nda Nəriman Nərimanov, "Fəryad"da Aram Xaçaturyan obrazları hamının yaddaşındadır.

"Axırıncı aşırım"da Qəmlo, "Fəryad"da isə Aram Xaçaturyan obrazı ilə kino tarixinə adını qızıl hərflərlə yazdırıb. O, U.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və digər tamaşalarda da maraqlı obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb.

Məlik Dadaşov 1996-cı ildə Bakıda vəfat edib.

BAKU.WS