Güneyli xanım fəala şallaq vurulub
03.12.2024

Məcburi hicab qaydalarına etiraz etdiyinə görə həbs edilərək Qərçək həbsxanasında saxlanılan azərbaycanlı fəal Roşənək Molayiyə şallaq vurulduqdan sonra sərbəst buraxılıb.

Bu barədə İran Qadınlar Birliyi məlumat yayıb.

Məlumatda şallaq cəzasının sayı və hansı ittihama görə tətbiq edildiyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Molayi məcburi hicab qaydalarını pozduğuna görə onu təhqir edən hökumət məmuruna müqavimət göstərdiyini əks etdirən videonun sosial mediada yayılmasından sonra polisə çağırılıb.

Oktyabrın 12-də polisə bölməsinə gedən 25 yaşlı Molayi oradan Vəraminin Qərçək həbsxanasına aparılıb.

O, bundan əvvəl 2021-ci ilin sentyabr ayında da ümumi etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilərək Tehranın Evin və Qərçək həbsxanalarında saxlanılıb.

visiontv.az