“Washington Post” Amerika-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
03.02.2026

İran və Amerika rəsmiləri arasında İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistan xarici işlər nazirləri də iştirak edəcək.

Bu barədə “The Washington Post“ mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın kürəkəni Cared Kuşner də danışıqlarda iştirak edəcək.

Mənbənin məlumatına görə, görüş zamanı əsas diqqət İranın nüvə proqramına yönələcək, bundan sonra isə Vaşinqton tərəfindən irəli sürülmüş digər məsələlərinin həlli üçün “qeyri-adi yolların axtarışı” istiqamətində səylər göstəriləcək.

Qeyd edək ki, “Axios”un yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Amerika prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında İstanbulda görüşün keçirilməsi planlaşdırılır.

visiontv.az