Ərak, Nain, Qəzvin, Ərdəbil, Qum, Bruverd, Sənəndəc, Noşəhr, Təbriz, Bəndər Abbas, Simnan, Qaimşəhr və Lahican şəhərlərinin həbsxanalarında 26 məhbus edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Onların narkotik maddələrin alveri və qətldə günahlandırıldığı bildirilsə də, insan haqları təşkilatları onların arasında etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edilənlərində olması ehtimalını bildirirlər.
Bununlada son 40 gün ərzində İranda edam edilən məhbusların sayı 400-ə yaxınlaşıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə yarım, iki il əvvəlin eyni dövrü ilə müqayisədə isə 6 dəfə yarım çoxdur.
Qeyd edək ki, ötən il İran həbsxanalarıda 2200 nəfər edam edilib və bu son 30 ilin ən çox edamı sayılır.
visiontv.az