Hazırda 10 milyon 224 min əhalimizin 2 milyon 300 mini 14-29 yaşında olan vətəndaşlarımızdır. Onların 1 milyon 206 mini kişi, 1 milyon 94 min isə qadındır. Rəsmi statistikaya əsasən, gənclərin 5.3 faizi işsizdir. Bu yaş qrupu üzrə işsizlik səviyyəsi kişilərdə 4.6, gənc xanımlar də isə 6.1 faizdir.
2726 gəncimiz fəlsəfə, 578 nəfəri isə elmlər doktorluğu almaq üçün təhsillərini davam etdirir. Fəlsəfə doktorluq dərəcəsi almaq istəyən gənclərimizin sayında artımlar olsa da, elmlər doktoru olmağa can atanların sayı azalıb. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda olan gənclər təşkil edir. 2024/2025-cü tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1111 nəfər olub. Onun 212-si MDB ölkələrini, qalanı isə digər dövlətləri seçib. Gənclərimizin təhsilə marağının yüksəlməsi onların cəmiyyətin inkişafında daha fəal iştirakından xəbər verir.
Millət vəkili Vüqar Bayramov
visiontv.az