Nazir direktoru vəzifəsindən azad etdi
03.02.2026

"Respublika Sanitariya-Karantin Mərkəzi" publik hüquqi şəxsin (PHŞ) baş direktoru vəzifəsindən azad olunub.

Visiontv.az qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Teymur Musayevin müvafiq əmri ilə Aris Sədi oğlu Rüstəmov tutduğu işdən azad edilib.

Nazirin digər əmri ilə Famil Fazil oğlu Məmmədov Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktor əvəzi təyin olunub.