Urmu gölünün su səviyyəsi son illərin ən yüksək həddinə çatıb
13.05.2026

Qərbi Azərbaycan əyalətinin başçısı Rza Rəhmani Urmu gölünə son aylarda təxminən 30 milyon kubmetr suyun daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu artım göldə su səviyyəsinin son 6 ilin ən yüksək həddinə çatmasına səbəb olub.

Rəhmani bildirib ki, vəziyyətin yaxşılaşmasına kanalların təmizlənməsi, gölün su təchizatının təmin edilməsi, gölə bitişik bataqlıqların doldurulması və əlverişli yağıntılar təsir göstərib.

Vali, habelə, gölün su idarəçiliyində, xüsusilə kənd təsərrüfatı sahəsində islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, Urmu gölünün quruması uzun illərdir ekoloqlar və mütəxəssislər üçün ciddi narahatlıq doğurur.

visiontv.az