ABŞ SEPAH-la bağlı pul mükafatı təyin etdi
13.05.2026

ABŞ Dövlət Departamenti SEPAH və ona bağlı qurumların maliyyə mexanizmlərinin pozulmasına kömək edəcək məlumatlara görə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Bildirilib ki, ödənişlər ABŞ-nin “Ədalət üçün Mükafatlar” (Rewards for Justice) proqramı çərçivəsində həyata keçiriləcək.

Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, SEPAH uzun illər ərzində müxtəlif terror aktlarını maliyyələşdirib. Açıqlamada vurğulanıb ki, SEPAH-ın Qüds qanadı İranın xaricdəki əməliyyatlarını HƏMAS, Hizbullah və İraqdakı İran tərəfindən dəstəklənən silahlı qruplar vasitəsilə koordinasiya edir.

visiontv.az