Ümid edirəm İran ağıllanacaq - Mayk Hukabi
19.12.2025

Ümid edirəm ki, İslam Respublikası ağıllanacaq və yeni müharibənin başlamasına səbəb olmayacaq.

Bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakubi deyib. 

O, mediaya verdiyi müsahibədə davam edən gərginliyin müharibəyə səbəb olmayacağına ümid etdiyini bildirərək, İslam Respublikasının ağıllı yol seçəcəyinin vacibliyini söyləyib.

Hakubi, həmçinin İranı nüvə proqramını yenidən nəzərdən keçirməyə çağırıb.

O, regional münasibətlərdə, xüsusən də İsrailin Səudiyyə Ərəbistanı və Livanla münasibətlərdə müsbət inkişaflar olduğunu bildirib.

visiontv.az