İran Hizbullaha pul və silah ötürüb- Əl-Ərəbiyyə
20.12.2025

İran İslam Respublikası Livan Hizbullahına qaçaqmalçılıq yolu ilə pul və silah ötürməyə nail olub.

Bu haqda "əl-Ərəbiyyə" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

"Bu, Livan hökumətinin ABŞ, İsrail və Avropa Birliyi ilə birlikdə Livandakı Hizbullahın dərhal tərksilah edilməsinə çağırdığı bir vaxta təsadüf edir",- məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən ildən bəri, İsrail ilə atəşkəs müqaviləsi imzaladıqdan sonra, prezident Cozef Aunun rəhbərliyi altında Livan hökuməti Hizbullahı tərksilah etmək və ölkənin milli ordusunda yalnız silahları birləşdirmək iradəsini vurğulayıb.

İrandakı sanksiyalara və çoxsaylı iqtisadi çətinliklərə baxmayaraq, Tehran hökuməti Hizbullahı dirçəltmək, eləcə də bu silahl təşkilatın öldürülən üzvlərinin ailələrinə kompensasiya ödəməyə davam edir.

visiontv.az