Türkiyənin Bengü Türk şəbəkəsi Traxtorun oyunlarının yayımlanmasını istəyib
16.03.2025

Türkiyənin Bengü Türk şəbəkəsi Traxtorun oyunlarının TRT Spor kanalından yayımlanmasını xahiş edib

Bu barədə xəbər agentliyinin sosial media hesabında paylaşım edilib.

"Türkiyədən və Azərbaycandan çox sayda azarkeş Traxtor komandasının oyunlarını izləmək istəyir. TRT Spor və digər idman kanallarından bu oyunları yayımlamağı xahiş edirik.” - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Traxtor yalnız futbol komandası deyil, Güney Azərbaycan türkləri üçün azadlığın səsidir. Traxtor türk dünyasının ən tanınmış komandalarından biridir və komandanın oyunları bütün türk dünyasında böyük maraqla izlənilir.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8