Hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq düşərgəsində olan "Traxtur" komandası növbəti mövsüm Türkiyə Superliqasında iştirak edəcək "Gənclər birliyi" komandası ilə dostluq görüşü keçirəcək.
Bu haqda "Traxtur" Klubu məlumat yayıb.
Qarşılaşma bu gün Türkiyə vaxtilə axşam saat 18:00-da, İran vaxtilə 18:30-da baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl iyulun 18-də "Traxtur" Türkiyənin "Sivasspor" komandası ilə də qarşılaşıb və oyun 4-0 Təbriz təmsilçisinin hesabına başa çatıb.
visiontv.az