Tramp Prezidentlik müddəti bitdikdən sonra belə Sülh Şurasının sədri vəzifəsini saxlaya bilər
22.01.2026

ABŞ rəsmisi agentliyə bildirib ki, Tramp istefa verənə qədər şuraya sədrlik edəcək, gələcək ABŞ prezidenti isə yalnız ölkənin şuradakı rəsmi nümayəndəsini təyin edə bilər.

Sülh Şurasının nizamnamə layihəsində daimi yer üçün ən azı 1 milyard dollar məbləğində ödəniş də nəzərdə tutulur. Sənədə görə, Tramp bu vəsaitlər üzərində nəzarəti həyata keçirəcək. Mənbə vurğulayır ki, bu, məcburi giriş haqqı deyil; ölkələr layihələrə investisiya qoyub nəzarət rolunu saxlasalar, onsuz da iştirak edə biləcəklər.

visiontv.az