Putin sülh istəmir o, müharibəni qızışdırmağa davam edir
22.01.2026

Senator Uiker:"Putin misilsiz yalançı, müharibə cinayətkarı, diktator, tarixin ən böyük oğrusu, amansız KQB agentidir"

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri senator Rocer Viker Ukraynanı kəskin şəkildə müdafiə etdi və Putinlə "danışıqlar" barədə bütün illüziyaları darmadağın etdi.

O, açıq şəkildə bildirdi: Putin sülh istəmir - o, sadəcə danışıqlara "sözlə" baxır, əslində isə müharibəni qızışdırmağa davam edir. Heç kim Ukraynanı hələ də nəzarətində olan ərazini təslim etməyə məcbur etməməli və ya Putinin döyüş meydanında əldə edə bilmədiyi şeyləri danışıqlar masasında qazanmasına imkan verməməlidir.

Putin misilsiz yalançı, müharibə cinayətkarı, diktator, tarixin ən böyük oğrusu, amansız KQB agentidir. Ona etibar etmək olmaz - hətta Amerika danışıqları aparanlara gülümsəsə belə. Onun çevrəsinə HƏMAS, Əsəd, Maduro, terrorçu İran və Çinin Uyğur "yenidən təhsil" düşərgələri daxildir.

Onun "rusdilli insanları qorumaq" barədə ritorikası Hitlerin qonşu ölkələrə hücum etməzdən əvvəlki bəhanələrinin birbaşa surətidir.

visiontv.az