Ərdəbil əyalətinin Küyü şəhərindən olan 28 yaşlı gənc Azərbaycan türkü Əlirza Qulizadə Tehranda rejimin qüvvələri tərəfindən keçirilən etiraz eyləmləri zamanı öldürülüb.
Əlirza Qulizadə Küyü şəhərinin Zeyvə kəndindən idi.
Onun cənazəsi dünən ailəsi tərəfindən doğulduğu şəhərdə dəfn edilib.
İranda internet kəsintiləri səbəbindən rejiminin törətdiyi cinayətlərin miqyası barədə dəqiq məlumat yoxdur. Ancaq zaman keçdikcə rejim tərəfindən qətlə yetirilən şəxslərin kimlikləri barədə məlumatlar tədricən üzə çıxır.
Bilgi yayılmasının qarşısını alan başqa bir amil də rejim qüvvələrinin ölənlərin ailələrinə ölən ailə üzvlərinin rejim qüvvələri tərəfindən öldürüldüyünü gizlətməsi barədə təzyiq göstərməkləridir.
visiontv.az