“Topluma yalan demək olmaz”
26.04.2026

Pezeşkiyan ölkədəki çətinliklərin açıq şəkildə bildirilməsini istədi.

ABŞ ilə danışıqların davamı və atəşkəsin uzadılması qeyri-müəyyənlik içində olduğu bir vaxtda, İran fars molla terror rejimi daxilində olan yüksək vəzifəli şəxslərinin müharibənin gələcəyi ilə bağlı fikir ayrılığı yaşadığı görünür.

Ölkə prezidenti Məsud Pezeşkiyan bazar ertəsi, 20 martda “xalqı” ölkənin qarşısında duran çətinliklər barədə məlumatlandırmağa çağırıb.

Pezeşkiyan deyib: “Xalq yalnız ‘nailiyyətlərdən’ deyil, həm də ölkənin real vəziyyəti və qarşıdakı çətinliklərdən xəbərdar olmalıdır.”

Görünür, Pezeşkiyan bu fikirləri rejimin təbliğatçılarına ünvanlayıb. Onlar gecə toplantılarında Tehran–Vaşinqton danışıqlarının davamına qarşı çıxır və müharibədə qalib gəldiklərini iddia edirlər.

Məlumata görə, Pezeşkiyan yenə də birbaşa hansısa qrupun adını dilinə gətirməsə də belə deyib: “Yanlış məlumatların və ya qeyri-real vədlərin verilməsi problemlərin həllinə kömək etmir, əksinə ictimai etimadı zəiflədir… Enerji və yanacaq kimi sahələrdə çatışmazlıqlar var və bunlar dəqiq planlaşdırma və ictimai əməkdaşlıqla idarə olunmalıdır.”

visiontv.az