Həsən Əbbasi Məsud Pezeşkiyan haqqında danışarkən deyir ki, “o Azərbaycan və Bakı rejiminə qarşı kütlə arasında nifrət yaratmaq əvəzinə, iddia edir ki, əgər Azərbaycan İsraillə dostluq edirsə, bunun günahkarı bizik”.
Bu adam anlamır ki, təhlükəsizlik məsələləri haqqında heç bir bilgisi yoxdur və bu işlərə qarışmamalıdır.
İranda Azərbaycana qarşı xalqda nifrət yaratmalıyıq və Azərbaycanla bağlı fərqli təqdimat olmamalıdı və biz məsələni təhlükəsizlik məsələsi kimi qoymalıyıq ki, xalqdan Azərbaycana qarşı hərbi müdaxilə icazəsi almaq olsun. Yoxsa biz özümüz – özümüzü təhqir etmiş oluruq. Biz kütləni elə başa salmalıyıq ki, onların Azərbaycana qarşı nifrətləri artsın ki, onu özünə düşmən bilsin. Yoxsa bir ürək cərrahı səs alıb olub prezident və təhlükəsizlik şurasının başında oturub amma heç bir bilgisi yoxdur. Elə ona görə də Azərbaycanı təhdid və düşmən göstərmək əvəzinə deyir günah bizdədir.
Sadiq İsabəyli
visiontv.az