Mel Gibsonun Məsihin Çiləsi adlı filmi İsa haqqında çəkilən bütün filmlərin ən şedevridir.
İlk olaraq original əramicə danışılması ki, bu çox önəmlidir. Yəhudilər Babil sürgünündə öz dillərini unutmuş və İsa dövründə (2-ci Məbəd dövrü) ərami dilində danışmağı adət etmişdilər. Dil faktorunun önə çıxarılması Gibsonun rejissor olaraq işinə peşəkar və ciddi yanaşdığını göstərir.
2) Məryəmi oynayacaq aktrisanın seçilməsi tam nöqtə atışıdır. İsa çarmıxa çəkildiyi zaman Məryəm 47-50 yaşları civarında idi. Bir çox filmlərdə Məryəmi daha gənc, yaxud daha yaşlı göstərirlər. Geyimi isə olduqca aşırı lüks göstərilir. Halbuki, kasıb bir ailədirlər. Yusifin İsa üçün Məbədə gətirdiyi 2 göyərçin buna sübutdur. O dövrdə qurban kəsməyə pulu olmayan ailələr Məbədə iki göyərçin gətirərdilər.
3) Filmin bəzi səhnələrində ana və oğul arasında sevgi dolu dialoq, Məryəmin oğluna olan düşkünlüyü və İsanın bəşəri tərəfinə yer verilməsi olduqca maraqlıdır. Lakin filmin mənim üçün ən önəmli səhnəsi Dülgər İsanın göstərilməsidir. Burada Gibson olduqca incə mesaj verib. Atası Yusifdən öyrəndiyi bu sənət sayəsində ailəsini saxlaya bilmişdi və yəhudilər arasında o dövr üçün dülgərlik həm gəlirli, həm də sayılıb seçilən peşə idi. Məryəmin yerdə süfrə açıb oturması isə digər tarixi bir göndərmədir. Çünki 2000 il əvvəl yəhudilər masa arxasında oturub yemək yeməzdilər. Stol arxasında əyləşib yemək Hellenlər və Romalılara (yəhudilərə görə kafir paganlara) aid bir adət idi. Yəhudilər yerdə süfrə açıb yemək yeyər və çörək şəriətə uyğun olaraq əl ilə kəsilərdi. Bu filmi izlədikcə Gibsona heyran olmamaq əldə deyil bütün detalları ən xırdalığına qədər işləyib.
Pərviz Əliyev
visiontv.az