İranda iqtisadi təzyiqlərin və dolanışıq çətinliklərinin artdığı bir vaxtda Tehrandakı çörəkxanalardan birində qeyri-adi görüntülər sosial şəbəkələrdə diqqət çəkib.
Tehranın Səadətabad məhəlləsindəki çörəkxanada çalışan şəxs çörək bişirərkən rəqs etməsi ilə sosial şəbəkələrdə gündəmə gəlib.
Görüntülərdə onun şən musiqinin müşayiəti ilə xəmirini musiqinin ritminə uyğun şəkildə təndirə yerləşdirdiyi və daha sonra isti, təzə çörəkləri müştərilərə təqdim etdiyi görünür.
Sosial media istifadəçilərinin paylaşdığı məlumatlara görə, çörəkçinin fərqli iş üslubu çörəkxanaya marağı artırıb və obyektin qarşısında uzun növbələrin yaranmasına səbəb olub.
visiontv.az