Semnan şəhərində İslam Respublikasının bir qrup tərəfdarı ölkənin ali rəhbəri Müctəba Xameneyinin 57-ci doğum gününü qeyd edib.
Yayılan görüntülərdə qrup üzvlərinin üzərində Müctəba Xameneyinin fotosu əks olunan tort hazırladıqları və onun üzərində şamlar yandırdıqları görünür.
Müctəba Xameneyi 1969-cu il sentyabrın 8-də Məşhəddə anadan olub. Onun hakimiyyətə gəlişindən sonra ictimaiyyət qarşısında görünməməsi uzun müddət müxtəlif müzakirələrə səbəb olub. Son aylarda onun səhhəti və hakimiyyəti necə idarə etdiyi ilə bağlı müxtəlif xəbərlər yayılıb.
visiontv.az