İran mediasının bildirdiyinə görə, Tehranın su idarəsi həddən çox su işlədən abunəçilərin suyunu 12 saatlıq kəsəcək.
Bu tədbir Tehran əhalisinin 5 faizinə təsir edəcək.
Rəsmi məlumatlarda bildirilir ki, su istifadəsinə görə Tehran əhalisinin 5 faizi həddən çox, 62 faizi çox, 33 faizi isə normal istehlakçılar sayılırlar.
Sözügedən məhdudiyyətlərin 2025-ci ilin isti yay aylarında tətbiq ediləcəyi deyilir.
Həddən çox su istifadə edən abunəçilər müəyyən edilmiş normadan 10 qat artıq su işlədənlər, içməli suyu suvarma məqsədilə istifadə edənlər və üzmə hovuzlarına dolduran istehlakçılar sayılırlar.
Qeyd edək ki, rejim hazırda Tehranın su ilə təmin edilməsində ciddi problemlərlə üzləşib, şəhəri su ilə təmin edən su anbarlarında suyun səviyyəsində ciddi azalma müşahidə edilir.
Artıq bir çox İran şəhərləri, ötən aylar ərzində, bir neçə saatlıq su kəsintiləri ilə üzləşiblər.
visiontv.az