DİM: Abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi dələduzluqdur
08.04.2025

Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi verilməsi dələduzluqdur.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, DİM valideynləri diqqətli olmağa və belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb:

"Dövlət İmtahan Mərkəzinin məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş edib imtahan nəticələrini dəyişmək mümkün deyil".



Gündəlik

slide 7 to 10 of 8