İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri bu gün deyib ki, “ABŞ prezidenti Donald Tramp bu yaxınlarda İranın ali rəhbəri Əli Xameneyiyə məktub göndərib və layiqli cavab alıb”.
Onun sözlərinə görə, məktubda İranın bölgədə sabitliyi yaratmağa çalışdığı vurğulanıb.
“Biz nüvə silahı yaratmağa çalışmırıq, ancaq xalqımızın ehtiyaclarını təmin edirik. Birbaşa danışıqlar olmayacaq, lakin biz dolayı danışıqlara etiraz etmirik, çünki İran dialoq yolunu bağlamır. İranın mənafeyinə və suverenliyinə hər hansı müdaxiləyə cavabımız sarsıdıcı olacaq”, - deyə, Baqeri qeyd edib.
visiontv.az