Tehran metrosunun stansiyaları sığınacaq kimi istifadə üçün hazırlanır. Bunu şəhər şurasının sədri Mehdi Çamrani bildirib.
Çamranın sözlərinə görə, stansiyaların daxilində və ya yaxınlığında zəruri infrastrukturlar yaradılacaq. Lakin o, bunun üçün konkret vaxt cədvəli açıqlamayıb.
O bildirib ki, müəyyən edilmiş sığınacaqları göstərən nişanlar quraşdırılacaq. Çamran əlavə edib ki, sakinlər böhran və ya fövqəladə vəziyyət zamanı nişanları axtarmaq əvəzinə, onların yerləşdiyi yerlərlə əvvəlcədən tanış olmalıdırlar.
visiontv.az