Təbrizli mədəni fəal prokurorluğa çağırılıb
15.08.2026

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, elektron poçtla göndərilən çağırış məktubunda fəalın ittihamlardan özünü müdafiə etmək üçün Təbriz İctimai və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsinə getməyi istənilib.

Qeyd edək ki, bundan əvvəl 2025-ci il avqustun 12-də təhlükəsizlik məmurları Milad Balsinin evinə hücum edib, axtarış aparıb, fəalı döyüb və ona məxsus əşyaları, o cümlədən şəxsi sənədləri, telefon, komputer və b. müsadirə ediblər.

O, 2025-ci ilin 12 avqustundan sentyabrn 30-a kimi Təbriz Kəşfiyyat İdarəsinin 37-ci otağında dörd dəfə dindirilib, təhqir, təhdid və fiziki zorakılığa məruz qalıb.

Mədəni fəalın ittihamları barədə açıqlama verilməyib.

visiontv.az