O, Roma zadəganı Lusi Tarkvini Kollatinin həyat yoldaşı kimi tanınırdı. Roma rəvayətinə görə, kralın oğlu Sekst Tarkvini gecə onun evinə gəlir və qadını zorlayır. Üstəlik, müqavimət göstərərsə, onu öldürüb yanında bir kölə cəsədi qoyacağını və bununla da guya zina edərkən tutulduğunu göstərəcəyini söyləyərək hədələyir.
Lukresiya ertəsi gün atasını və ərini çağırır, başına gələnləri olduğu kimi danışır. Özünün günahsız olduğunu bildirir, lakin baş verənləri daşıya bilməyəcəyini söyləyərək özünü bıçaqlayıb həyatına son qoyur.
Onun ölümü şəxsi faciə olaraq qalmır. Roma rəvayətinə görə, hadisə Tarkvinilər hakimiyyətinə qarşı üsyanı alovlandırır və nəticədə Roma monarxiyası devrilərək Respublika qurulur.
Əsrlər boyu Lukresiya Roma mədəniyyətində namus və ləyaqət simvollarından biri kimi təqdim edilib.
Elbəyi Həsənli
visiontv.az