“İtlər qorxunun qoxusunu hiss edir” ifadəsi sadəcə bənzətmə deyil. İnsan qorxduqda simpatik sinir sistemi aktivləşir, adrenalin və digər stress hormonlarının təsiri ilə ürək döyüntüsü, tənəffüs və tərləmə dəyişir. Bununla yanaşı, tər və nəfəs vasitəsilə xaric etdiyimiz uçucu üzvi birləşmələrin tərkibi də dəyişə bilər.
İtlərin qoxu sistemi isə insanlardan qat-qat həssasdır. Onların burnunda yüz milyonlarla qoxu reseptoru mövcuddur və beynin qoxuların emalına cavabdeh hissəsi də olduqca inkişaf edib. Buna görə insanın fərqinə belə varmadığı kimyəvi dəyişikliklər it üçün aşkar siqnala çevrilə bilər.
Təcrübələr göstərir ki, itlər insanların stress vəziyyətində verdiyi tər və nəfəs nümunələrini sakit vəziyyətdəki nümunələrdən ayırd edə bilirlər. Üstəlik, onlar yalnız qoxuya güvənmirlər: bədən duruşu, səs tonu, hərəkətlər və üz ifadələrini də oxuyurlar.
Yəni it qorxunun özünü deyil, onun qoxusunu hiss edir.
Neandertal
visiontv.az