Talantbek Taşibekov: Türk dövlətləri arasında müxtəlif sahələrdə təcrübə mübadiləsi zəruridir
30.06.2026

Türk dövlətləri arasında müxtəlif sahələrdə təcrübə mübadiləsi zəruridir.

 Bunu TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündəki çıxışında Qırğız Respublikası Prezidenti yanında Dini, Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli  Agentliyin sədri Talantbek Taşibekov deyib.

O, qeyd edib ki, informasiya texnologiyalarının inkişafı şəraitində türk dövlətləri arasında təcrübə mübadiləsi zəruridir:

"Müxtəlif qlobal trendlər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı təcrübə mübadiləsini və əlaqələndirilmiş yanaşmaların inkişaf etdirilməsini zərurətə çevirir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi xüsusilə aktualdır. Ölkələrimizi ortaq tarixi köklər, mədəni yaxınlıq, sülhü, sabitliyi və sosial harmoniyanı qorumaq istəyi birləşdirir.

Bu çərçivədə dövlətlərimizin inkişafı üçün həyati əhəmiyyətli resurs olan gənclərə xüsusi diqqət yetirilməlidir. Təhsil mübadiləsi, elmi əməkdaşlıq və mədəni qarşılıqlı əlaqə üçün imkanların yaradılması Türk dünyasının gənc nəsilləri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və davamlı humanitar əlaqələrin formalaşmasına töhfə verəcək".

visiontv.az