Macarıstanda iyunun son günlərində müşahidə olunan ekstremal isti hava şəraiti nəticəsində 91 illik temperatur rekordu yenilənib.
Ölkənin meteorologiya xidməti olan HungaroMetin məlumatına görə, Budakalaş şəhərində havanın temperaturu 40,7 dərəcəyə çataraq 1935-ci ildə qeydə alınmış 39,9 dərəcəlik əvvəlki gündəlik milli rekordu geridə qoyub. Eyni zamanda, Budapeşt üzrə də maksimum temperatur rekordu yenilənib.
Mütəxəssislər bildirirlər ki, rekord yalnız gündüz temperaturu ilə məhdudlaşmayıb. Paytaxtda gecə minimum temperaturu da rekord həddə – 26,1 dərəcəyə enərək həm Budapeşt, həm də ölkə üzrə yeni göstərici müəyyən edib.
Sinoptiklərin proqnozuna əsasən, həftənin ortalarından etibarən Macarıstana soyuq atmosfer cəbhəsi daxil olacaq. Bunun nəticəsində temperaturun təxminən 10 dərəcə enməsi və bəzi bölgələrdə güclü ildırım, leysan və dolu ilə müşayiət olunan fırtınaların baş verməsi gözlənilir.
visiontv.az