“Suriya və Azərbaycan: Əsədin devrilməsindən sonra hansı proseslər gözlənilir?”
11.04.2025

Anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı ekspert Vəli Kaleci İran-Avrasiya Araşdırmalar İnstitutunun (İRAS) saytında qərəzli şəkildə yazıb ki, “Suriyada vətəndaş müharibəsi zamanı İran və Rusiya kimi Ermənistan səfirliyi də Dəməşqdə fəaliyyət göstərdiyi halda, Türkiyə və Azərbaycan səfirlikləri Beyruta köçürülüb”.

Ekspertin sözlərinə görə, Əsəd rejiminin süqutundan sonra vəziyyət dəyişib və Ermənistanın Dəməşqdəki səfirliyi bağlanaraq Beyruta köçürülüb. Türkiyə və Azərbaycan səfirlikləri isə 13 ildən sonra Dəməşqdə yenidən fəaliyyətlərini bərpa edib.

“Azərbaycan Əsəddən sonrakı Suriyada müttəfiqi Türkiyə ilə yanaşı daha mühüm rol oynamaq niyyətindədir. Türkiyənin Suriyanın yeni hökuməti ilə yaxın münasibətləri, Ermənistanın bu ölkədə mövcud olmaması və zəifləməsi Bakı üçün uğurlu fürsət yaradıb. Suriya prezidentinin Türkiyəyə səfərindən sonra Bakıya yola düşməsini gözləmək olar”, - deyə, müəllif iddia edib.

visiontv.az