ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İranla bağlı vəziyyəti noyabrın 3-də keçirilən ABŞ aralıq seçkilərinin nəticələri ilə əlaqələndirən bəyanatla çıxış edib.
Tramp bildirib ki, daha əvvəl demokratların seçkilərdə qələbəsinin fond bazarlarında kəskin enişə səbəb olacağını və İranı daha aqressiv addımlar atmağa sövq edəcəyini proqnozlaşdırıb. Onun açıqlamasına görə, hər iki proqnoz özünü doğruldub.
Prezident qeyd edib ki, İran ötən həftə ərzində son bir ildəki istənilən digər dövrlə müqayisədə daha çox pilotsuz uçuş aparatı (PUA) və raket buraxıb. Bununla belə, Tramp bütün raket və dronların zərərsizləşdirildiyini və heç bir ziyanın qeydə alınmadığını vurğulayıb.
O, eləcə də İran hakimiyyətinin demokratları zəif və səmərəsiz hesab etdiyini, həm demokratların, həm də İranın neft qiymətlərini artırmağa çalışdığını ehtimal etdiyini bildirib. Tramp İranı 81 min etirazçının ölümündə də ittiham edib.
visiontv.az