İran mollası Pezeşkiana: "Evdə gödəkçə ilə yatmaq ailəli olmamaqla bağlıdır"
24.11.2026

Din xadimi prezident Məsud Pezeşkianın evdə gecələr gödəkçə ilə yatması və iş yerində otağın işıqlarını söndürərək yalnız stolüstü lampadan istifadə etməsi, eləcə də vətəndaşlara oxşar həyat tərzini tövsiyə etməsi barədə fikirlərinə münasibət bildirib.

O, Məsud Pezeşkiana səslənərək, evdə gödəkçə ilə yatmasının səbəbini həyat yoldaşının olmaması ilə əlaqələndirib.

Onun sözlərinə görə, ailəli olsaydı, xanımı buna icazə verməzdi və o, gödəkçəsiz, yorğan altında ailəsinin yanında yatmalı olardı.

Mülahizələrini dini nümunələrlə davam etdirən din xadimi Həzrət Xədicədən sonra Peyğəmbərin, Həzrət Zəhradan sonra isə İmam Əlinin yenidən evlənməsini misal çəkib.

O, subay qalmağın fəxr olmadığını vurğulayaraq, ailə saxlamağı bacarmağın əsl hünər olduğunu deyib və sonda "ölkə idarəçiliyi də ailə saxlamaq kimidir" fikrini səsləndirib.

visiontv.az